Su axar şərab əvəzi,
Meh əsər sərab əvəzi.
Badənə şərab əvəzi,
Qanımı süz, incimərəm.
Içiləməz yaş-qayanı,
Kiçiləməz baş qayanı,
Keçiləməz daş-qayanı,
Yoluma düz, incimərəm.
Yuxularım yozulmayan,
Yazdıqlarım pozulmayan.
Sənə doğru uzanmayan,
Əlimi üz. incimərəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 07:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!