İnci-inci Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3647

ŞİİR


27

TAKİPÇİ

İnci-inci


Ürəyində köz daşı,
Parıldayar söz qaşı.
Sevgimizin göz yaşı,
Inci-inci düzülər.

Neynək, belədir huyu,
Duzludur dərin quyu.
Bulaqların saf suyu,
Damcı-damcı süzülər.

Kömək olsun Yaradan,
Bezdi dərman-davadan.
Eh. əlləri səmadan,
Sancı-sancı üzülər.

Gül açmaz ki qovaqlar,
Yaşıllaşar budaqlar.
Qanı qaçmış dodaqlar,
Qamçı-qamçı büzülər.

Fərəhini adlasan,
Kədərindən çatlasan,
Dərd qutusun qatlasan,
Küncü-küncü əzilər.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 18:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu