Dayanmaz ki könül yaram ha sarı,
Ləçəklər də diz çökürdü, əzizim.
Axşam-axşam qaralan qəm hasarın,
Səhər-səhər dan sökürdü, əzizim.
Alışmaz ki daha sönən közlərin,
Unudulmaz şirin-acı sözlərin.
Deyən yenə bu axşam da gözlərin,
Yaş əvəzi qan tökürdü, əzizim.
Zirvələri bulud ilə tən silə.
Çiskin susub, yaman qalxıb çən zilə,
Görəcəyəm çatanda son mənzilə,
Kim ağladı, kim hönkürdü, əzizim.
Can dostlarım oxşamadı özümə,
Bircəciyi alışmadı közümə.
Çağırıram, baxmayır ki sözümə,
Eh, vüsalın yaman kürdü, əzizim.
Şair könlüm güldən çələng hörəsi,
Duman gələr, gizlədər göz görəsi.
Axıtdığın göz yaşının hərəsi
Mirvaridi, inci- dürrdü, əzizim.
Kayıt Tarihi : 4.4.2023 15:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!