Yenə yazıldı ATƏŞKƏS,
Yenə imzalandı qərar.
Sən düşmənin səsini kəs,
Itlər hürər, ordu qalar.
Üç günlükdür desələr də,
Nə qədər çəkəcək görən.
Yalımızı yesələr də,
Çox olacaq bizə hürən.
Görən verəcəkmi geri,
Bizim doğma Qarabağı.
Yeri, şanlı Ordum, yeri
Siyasət işlədir yağı.
Qoy yığsınlar leşlərini,
Qarabağa yol açsınlar.
Billik kafir işlərini,
Istəyirlər qol açsınlar.
Necə vermişik dərsini,
Heç özünə gələ bilməz.
Dəyişdirərmi tərzini,
Bunu kimsə bilə bilməz.
Istəmərəm yerdə qalsın,
Bunca şəhidlərin qanı.
Sonadək qisasın alsın,
Qarabağım-hərb meydanı.
Inanaqmı erməniyə,
Lap ATƏT də gəlsə belə.
Sonadək getmirik niyə,
Əsgərlərim dönüb selə.
Dayanmayın qarşısında,
Döyüş sonunadək gərək.
Şuşanın zirvə qaşında,
Dalğalanan bayraq görək..
10.10.2020.
Kayıt Tarihi : 22.10.2020 06:45:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!