İmkan eyle Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İmkan eyle

Imkan elə düşüm sənin yadına,
Dodağında titim-titim titrəyim.
Qoy çevrilim ən nazənin qadına,
Gözlərinin aynasında itməyim.

Sənə məktub yazmaq olub ilk işim,
Heç bilmirəm nə olacaq cavabın.
Möhnətdəndir bu dünyaya gəlişim,
Ürəyimi ala bilsən-savabın...

Deyirlər ki uman yerdən küsərlər,
Mən küsərsəm sən birinci barış gəl.
Min ümidlə günəş doğur səhərlər,
Sən də onun al nuruna qarış, gəl.
08.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 09:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu