Kədər məndən gen qaçmayır,
Fərəh qəlbə nur saçmayır.
Vüsal pərisi uçmayır,
Tənhalıqdan qarıyıb.
Nə çəkirəm kimsə bilməz,
Seyrə çıxsam qəlbim gülməz.
Qızılgülün ətri gəlməz,
Çünki kolu quruyub.
Kədər çayı coşub daşar,
Yenə də sərhəddi aşar.
Xatirələr qəlbdə yaşar,
İllər onu qoruyub.
Kayıt Tarihi : 29.6.2018 10:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!