Kimdir mənim içimdəki,
Sərhədləri dağıdan.
Seçilməz bu biçimdəki
Şeirlərim ağıdan.
Gecə-gündüz ayılmayır,
Xatirələr yuxudan.
Yalan nöqsan sayılmayır,
Budur məni qorxudan.
Indi mənim üzümdəki
Təbəssüm də saxtadır.
Donub qalan izimdəki,
Palçıq deyil, laxtadır.
Görən dünya bu gedişlə,
Haraya dönəçəkdir.
Ulduzlar da bu vərdişlə,
Parlayıb sönəcəkdir.
Baxışların qumsal kimi,
Adamı yandıracaq.
Həllolunmaz misal kimi,
Savadı dandıracaq.
Gedəcəkdir ayrılığın,
Fələyin öz badına.
Düz, həqiqət sandığının,
Çıxacaq söz adına.
Düşəcəkdir xatirələr,
Fələyin zindanına.
Xəyal bir də çətin gələr,
Günəşin ilk danına.
Kayıt Tarihi : 19.3.2020 15:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!