Bu gün ilin son günü,
Təqvimdən düşən yarpaq.
Solmasın xəyal gülüm,
Bəyaz geyinsin torpaq.
Kaş ötən ildə qalsın,
Nə ki dərd-qəmimiz var.
Gülüşləri səs salsın,
Xoşbəxt olsun uşaqlar.
Biz də xoş ömür sürək,
Mehriban,əziz olaq.
Günün birində görək.
Azad olub Qarabağ.
31.12.2019
Kayıt Tarihi : 4.1.2019 07:40:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!