Kim deyir ki gözü toxdur,
Hər baxışı sanki oxdur.
Özü kimi namərd yoxdur,
Ayrılıq hicran hərisi.
Acı günlər tez ötüşür,
Həsrət tənha qalıb üşür.
Sözlər gedib dəyir, düşür,
Dəmirdən bərkdir dərisi...
Şəri qapı pusan görüb,
Həqiqəti susan görüb.
Bunca yazan insan görüb,
Utanır ilham pərisi.
21.11.2017.
Kayıt Tarihi : 30.4.2018 06:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!