İlham perim benim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İlham perim benim

Səni taleyimin pəncərəsindən,
Görünən fələyə necə verim ki.
Gündüzün görünər nəm gözlərində
Səhəri qoyub da gecə verim ki..

Öpüm dalğalanan yağış saçından,
Küləyin ətriylə hörərəm ucun.
Uzaqlaş kədərin ehtiyacından,
Soruşma harada, soruşma neyçün..

O dolan gözləri əlimlə silib,
Dadına baxaram zaman-zaman ki..
Həsrəti özümə xar düşmən bilib,
Döyüşdə vermərəm ona aman ki.

Çəkilib xəyalın uzaq küncünə,
Yad, özgə nəzərdən qorunacaqsan.
Çevrilib dünyanın sakit, dincinə
Elə öz dərdinlə ovunacaqsan.

Sanacam ruhumun ilham pərisi,
Inciyib .Bir daha yanıma gəlmir.
Ah, kimə verilib görən hərisi,
Yuxudan duranda danıma gəlmir.

Öpüb qucaqladım göylər qızını,
Sən mənim ən yaxın dostumsan-dedim.
Izn ver, oduna bir az qızınım,
Sonra da başımı götürüb gedim.

Səni taleyimə tuş edən Allah,
Mənə xoş güzəran göstərəcəkdir.
Sözümü qanadlı quş edən Allah,
Nə vaxtsa şöhrət-şan göndərəcəkdir.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.4.2020 09:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu