İlham meleyim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İlham meleyim

Silərək alın tərini,
Gözlərsən nazlı pərini.
Kimsə verməyir yerini,
Hardasan ilham mələyim.

Buğda bitməz şoranlıqda,
Gözüm görməz toranlıqda.
Nə gəzirsən qaranlıqda,
Gəl səni nura bələyim.

Aşiq eşqiylə tanına,
Şahid ola hər anına.
Çatsa da son ünvanına,
Ətrin gətirmir küləyim.

Inkar etmə sən cəzbimi,
Oxuyaraq sev nəzmimi.
Gəl özün yoxla nəbzimi,
Durubdur, vurmur ürəyim.

Qızılgülüm sozalıbdır,
Yarpağını toz alıbdır.
Yaşam eşqim azalıbdır,
Sən idin arzum, diləyim.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu