Ayrılığın qapısını möhkəm çırp,
Açammasın sərin səmum küləyi.
Gözlərini nə açıq tut,nə də qırp,
De, hardasan mənim ilham mələyim.
Sən gələndə coşub daşar arzular,
Bir-birini yola verib gedərlər.
Sahilinin vurub aşar arzular,
Bir azcana sola verib gedirlər.
Bilirlər ki ürəyimə yaxındır,
Çəkilməyən əzabımdır sol tərəf.
Təpkiləri aramsızdır, axındır
Ağrılardan tutulacaq qol tərəf.
Hər gələnim bir bənövşə qoxlayır,
Hər gedənin əlində gül dəstəsi.
Görən mənim təzyiqimi yoxlayır,
Mən olmuşam sanki illər xəstəsi.
Siz olmasaz, var olaram, qayğılar,
Nolar, məni yalqız qoyun bir anlıq
Varıb getsəz gözdən qaçmaz uyğular,
Bal röyama qonaq gələ cavanlıq.
11.04.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 11.4.2019 16:33:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/11/ilham-meleyi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!