-Azərbaycanlı böyük Türkçü şair,
Almas İldırım'ın əziz ruhuna-
Anayurda həsrət getdin bu diyârdan,
Göylər artıq cənnət, vətənindir sənin.
Könlün, daima sürgünlərində yârdan
İbarət bir nazlı hilâlindir sənin!
Duruşun örnək, qızıl iblis yerərək,
Tükənməz fikriyyât, uçmağa köçərək.
Ölmək mi? millətin yoxolması gərək!
Sətirlərin ruhun, bədənindir sənin!
Özləminə dayanmaz bu ildırımlar,
Şahid gəzdiyin Türküstan'lar, Qırım'lar,
Hətta yâd eldə yürünən qaldırımlar...
Çəkdiyin bu çilələr, izindir sənin!
İstiqlâl yolunda əngəlin, yasağlar,
Talibdi bıraxdığın yoluna sağlar.
Hayqırışların sözlərində; A Dağlar!
Fələyə inad illər, dizindir sənin!
Hür düşüncən, qələmə əhəmiyyətin
Arz edər, millətə xidmətdi niyyətin.
Türkçülüyü yaşatan məhsuliyyətin,
Şeirlərin, susmayan dilindir sənin!
Xəzər'dən Xəzər'ə acın, ahuzârın,
Deyərdin; “Əlbət hürriyyət... bugün, yarın.”
Qafqazdadır yurdun, solmaz lâləzarın,
Azərbaycan... o kâbən, dinindir sənin!..
14 Yanvar (Ocak) 2021, Tiflis/Gürcistan
Ergün UcatürkKayıt Tarihi : 10.7.2023 14:48:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
