Bal dünyadan ayrılaq biz,
Kal röyadan ayılaq biz.
Lal sevdadan sıyrılaq biz,
Həvəsdi, ta bəsdi, gülüm.
Ağırdır dərdi qürbətin,
Sonu puçmuş məhəbbətin.
Görən bu zalım həsrətin,
Nədi biznən qəsdi, gülüm.
Hər çağıran aşıq olmaz,
Hər nur saçan işıq olmaz.
Hər istəyən aşiq olmaz,
Aşiq sevən kəsdir, gülüm.
Köz bağlamaz yaramız da,
Qəm yurd salar qaramızda.
Nədən bizim aramızdan ,
Acı yellər əsdi, gülüm.
Həyat asan misal deyil,
Qəm torpağı qumsal deyil.
- “Qismətiniz vüsal deyil,”-
Bu, ilahi səsdir, gülüm.
Kayıt Tarihi : 30.6.2018 13:40:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/ilahi-sesdir-gulum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!