İlahi, qoru Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İlahi, qoru


Ilahi, sən özün bizləri qoru,
Biz sənin sevimli bəndələrinik.
Qoyub getdiyimiz izləri qoru,
Baxışın altında rəndələnirik.

Günahlar sıyrılıb talaşa olur,
Yer-göyü bürüyüb qırıntı, təmiz.
Insan nurlaşanda tamaşa olur,
Kükrəyib salama gəlir göy dəniz.

Suları çox yuyub günahımızı,
Indi özü belə dalğa-dalğadır.
Qoy silib aparsın çən ahımızı,
Hisslərlə çarpışmaq özü qovğadır.

Üzüb ayağını göylərə qədər,
Elə bil səmadan ümid istəyir.
Çağırma sən onu, çağırma hədər
Xəyalən masmavi bulud üstədir.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 07:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu