Ilahi, sən məni xəcalət eyləmə,
Dərd-qübar çəkməyə heç alət eyləmə.
Dumanlar içində şəhərim qalıbdır.
Mənim tək bəlkə də xəyala dalıbdır.
Könlümdə illərin ağrısı-zilləti,
Məhv edə bilərmi zaman bu illəti.
Yaxşılıq edirsən, xəyanət görürsən
Dost deyən birindən min illət görürsən.
Eh, buna dünyamı günahkar,
Zəmanə həm kordu, həm də kar.
Intizar içimdə bağlayan qübarmı,
Qarşıda görünən fəsli-gül baharmı.
Nə qışı istərəm nə də ki baharı,
Istinin qoynunda dincəlim mən barı.
Daranar sapsarı tellərim küləklə,
Qarşıla sən məni əzizim,ürəklə.
Dolanıb dünyanı xəyalım lap çoxdan,
Aralı düşübdür əllərim yay-oxdan.
Özü tək qalacaq versən də bəxşini,
Dəyişə bilmərəm dünyanın nəqşini.
Mənim dost dediyim namərdmi çıxacaq,
İlahi ədalət sonunda onu da yıxacaq.
Kayıt Tarihi : 1.5.2022 15:25:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!