İgidlerim yaşırmı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İgidlerim yaşırmı

Neynəyirəm sevda bilməz ürəyi,
Əgər yoxsa saf arzusu,diləyi.
Yaman əsir ayrılığın küləyi,
Ümidlərim pərən-pərən düşürmü.

Həsərt idim torpağına, daşına,
Tənha qalxdım uca dağın başına,
Rast gəlib də xəyalın sərt qışına,
Duyğularım görən-görən üşürmü.

Sevdiyinin göz yaşını silməyən,
Şad gününə şənlənibən gülməyən.
Əzəl gündən adətləri bilməyən,
Zirvələri törən-törən aşırmı.

Nə işin var sənin zalım qürbətdə,
Ömrün keçə dərd içində, möhnətdə.
Uca Tanrım,o deyilən cənnətdə,
Igidlərim ərən-ərən yaşırmı.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu