Qarabağım özəlləşsin,
Şeirləşsin, qəzəlləşsin.
Günü-gündən gözəlləşsin,
El abad olsun, İgidim.
Zirvədədir bayrağımız,
Yetişdi xoş növrağımız.
Azad oldu torpağımız,
Xar bərbad olsun,İgidim.
Fərəh ilə vuru ürək,
Kama yetdi arzu, dilək.
Qoç döyüşünə qoç gərək,
Hay naşad olsun, İgidim.
Şəhid oldu neçə cavan,
Azadlığa getdi qurban.
Hamınız Milli Qəhrəman,
Gözəl ad olsun, İgidim.
Fərəhlə vurur ürəyim,
Gözdə qalmadı diləyim.
Halaldır vətən çörəyi,
Şirin dad olsun, İgidim.
Ulduz kimi göydə sayrış,
Azadlıq ruhunla barış.
Vermə düşmənə bir qarış,
Özgə, yad olsun,İgidim.
Yol Şuşaya gedən yoldu,
Göylərin də gözü doldu.
Neçə dostun şəhid oldu,
Ruhlar şad olsun, İgidim.
Kayıt Tarihi : 6.10.2020 11:42:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!