Soyuq qışda kürkü geydi,
Isti yelə bürkü dedi.
Sonundaca tülkü yedi,
Nənə-baba qoğalını.
Mən zirvəyə yağan qaram,
Ucalıqda daim varam.
Saxtasıyla yoxdur aram,
Gətir mənə doğalını.
Hava duman, sis gedirəm,
Əhvalım çox pis gedirəm.
Tellərimdə hiss edirəm,
Əllərinin sığalını.
Eh, hanı əvvəlki törən,
Saçlarımı sünbül hörən.
Ürək necə sevib görən,
Aşiqlərin cığalını.
Bircə kərə çəkmə sən ah,
Olacaqsan bir zaman şah.
Təvəqqəmdir uca Allah,
Xoşbəxt eylə iqbalını.
Kayıt Tarihi : 26.5.2022 08:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!