İçşimdeki acılar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İçşimdeki acılar

Bir an səngiməyir ki,
Içimdəki acılar.
Kədər cəng deməyir ki,
Başında gül tacı var.

Qəm qalib, fərəh məğlub.
Dünyanın işi belə.
Bu yarış daim olub,
Dövrün gərdişi belə.

Nə udduq, nə uduzduq,
Biləmmədik doğrusu.
Biz nəyi ucuz tutduq,
Olduq sevda oğrusu.

Nə vaxt sevdik, sevildik
Kimsələr görmədi ki...
Hicran qəmə meyildir,
Daş barı hörmədi ki...

Arasından su sızmaz,
Hicran ilə həsrətin.
Yalan vədlə qəlb qızmaz,
Hökmüdür məhəbbətin.

Indi mənim cnımda,
Qarışqalar gəzinir.
Günahım var yanında,
Bir gün gələr,çözülür.

Görərək həqiqəti.
Bəlkə təslim olarıq.
Ucaldıb sədaqəti,
Milyon yaşa dolarıq.

Nə söz-sözə gəllik,
Nə də ayrılarıq biz.
Daim göz-gözə gəllik,
Dərddən sıyrılarıq biz.
01.10.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 9.10.2018 15:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu