İçinde Şiiri - Ali Garazade

Ali Garazade
7

ŞİİR


0

TAKİPÇİ

İçinde

"Sorğu-sualda ikən mən təəhhüd et günahları",
İnsan simasını gizlər məsum şeytanın içində.

Hürməyindən usanmışam bu boşboğaz cəmaətin,
Susduqca susmuş idim zəvzək insanın içində.

Ömür qıldığına dair dəniz həp qürrələnərdi,
Cəsədlər aşikar oldu həmən ümmanın içində.

Heç bi' zaman bəzəməz ki bu cəhanı göyqurşağı,
Mən qarəni seçmiş idim milyon əlvanın içində.

Təbəddülat dəm olduqca hafizəmdən itib-batır,
Nəmənə bir aləm yatır napak səhbanın içində?!

Çabaladım ol qədər mən, bulmadım dərdimə dərman,
Əhli-bimarı ayıldan min növ dərmanın içində.

Dayanmışdı bu damlalar, dəryanın taqəti bitdi,
Yeni kövsər tapılarmı eyni səhranın içində?!

Ali Garazade
Kayıt Tarihi : 26.10.2020 01:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Hikayesi:


Aruz

Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Ali Garazade