Öncə yıxılıb-durub,
Küncə sıxılıb durub.
Incə çıxılıb durub
Ağladım için-için.
Həyat hey baxdı tərs-tərs,
Yaşam öyrətdi dərs-dərs.
Qəmi, kədəri dərz-dərz
Bağladım biçin-biçin.
Olmadı düzgün bölüm,
Ayırdı bizi ölüm.
Allahım, bunca zülüm,
Çəkirəm neyçin-neyçin.
15.01.2019
Kayıt Tarihi : 26.1.2019 14:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!