Yupyumşaqdım hörgü tək,
Əzmliydim körpü tək.
Bapbalaca kirpi tək,
Içimə çəkilmişəm.
Gördülər qanlı məni,
Qəm dolu anlı məni.
Sandılar canlı məni,
Sən demə şəkilmişəm.
Sərçələri yox sayan,
Göyərçinə oxşayan,
Nağıllarda yaşayan,
Eh, əkil-bəkilmişəm.
Incidim sərt sözündən,
Od almadım közündən.
Zalımların gözündən,
Gizlicə əkilmişəm.
Kayıt Tarihi : 19.1.2022 06:20:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!