İçimdeki hıçqırıqlar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İçimdeki hıçqırıqlar

Möhnətdən soğulub qalıb,
Həsrətdən boğulub qalıb.
Kədərdən doğulub qalıb,
Içimdəki hıçqırıqlar.

Səbrimi var gözləməyə,
Hazırdır qəlb közləməyə.
Yer axtarır gizlənməyə,
Içimdəki hıçqırıqlar.

Yel uçurtdu qayasını,
Yağış yudu boyasını.
Dərddən alıb mayasını,
Içimdəki hıçqırıqlar.

Göz yaşından bezər çətin,
Ətrafını sezər çətin.
Gücü yoxdur,dözər çətin,
Içimdəki hıçqırıqlar.

Yağan yağış həmdəmidir,
Ürəyimin hər dəmidir.
Qübarımın məlhəmidir,
Içimdəki hıçqırıqlar.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 18:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu