Həyatı tən böləmmədik,
Eşq uğrunda öləmmədik.
Niyə biz də biləmmədik,
Vüsalın dadı necədir.
Sevda yolu deyil dümdüz,
Ərafına çiçək, gül düz.
Sevinc hissi bəyaz gündüz,
Ayrılıq zülmət gecədir.
Həsrət heç vaxt yan ötüşməz,
Fərəh mənlə heç öpüşməz.
Bir-birindən ayrı düşməz,
Kədərlə qəm iç-içədir.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:40:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!