Hun kimiyem men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Hun kimiyem men

Hər şerə sonuncu vəsiyyət deyək,
Misraya çevrilən nəsihət deyək.
Bitib- bitməyəcək.Ya qismət deyək
Səhraya əkilmiş tum kimiyəm mən.

Indi sən hardasan, mən isə harda,
Getmisən əbədi.Qalmışam darda.
Eləcə donmuşam boranda, qarda
Payızda çəkilən şum kimiyəm mən.

Dərd köhnə paltar tək tez-tez geyilməz,
Oəm yaman acıdır , vallah, yeyilməz.
Derlər polad sınar, amma əyilməz,
Sanmasın bəzisi mum kimiyəm mən.

Meymuna yaraşmaz geydirsən xara,
Şeytana baş əymə, qarışar ara.
Zamanın küləyi aparır hara,
Özüm tək sarışın qum kimiyəm mən.

Həsrətə mədrliklə mən sinə gərdim,
Hicranın bəmbəyaz gülünü dərdim.
Qocadan qocayam, qədimdən qədim,
Tarixə qovuşmuş Hun kimiyəm mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 4.4.2023 14:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu