Zərlərim qoşa çıxdı,
Açdı könül dəməndi.
Heyf ki,boşa çıxdı,
Atdığım eşq kəməndi.
Meh budağı əyməyir,
Qapımızı döyməyir.
Heç gözümə dəyməyir,
Kim mindi boz səməndi.
Daha sənə sözüm yox,
Alışmağa közüm yox.
Qayıtmağa lüzum yox,
Dünya həmən həməndi.
Kayıt Tarihi : 16.6.2018 10:35:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/16/hmn-hmndi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!