Hicran zalım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Hicran zalım

Dəli könül yenə də qayğılanır,
Həqiqətin önündə sayğılanır.
Anlatdıqca özü də duyğulanır,
Xatirələr puçur-puçur tər tökmüş.

Bilirəm ki görüşümüz gümandır,
Sevdam təkcə məndən mədət umandır.
Görəmmirəm, sanki qara dumandır,
Xeyirxahlıq üzərinə şər çökmüş.

Mən susuram, gəlmir sözün dalısı,
Qan rəngdədir ayrılığın yalısı.
Şırımlandı vüsalın al xalısı,
Hicran zalım ilmələri nə sökmüş...

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 18:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu