Ayrılıqdan bac alıbdır,
Parlayaman tac çalıbdır.
Nə müddətdir ac qalıbdır,
Bükülüb qaməti,qəddi.
Igid kimin, ərən kimin,
Yel telini hörən kimin.
Xatırladır görən kimi,
Yol üstündə izi, rəddi.
Tarla yaşdır, biçilməz ki,
Su duzludur, içilməz ki.
Eh, ömürlük keçilməz ki,
Aramızda hicran səddi.
Uzaqdadır elim, obam,
Orda yox ki daha yuvam.
Övliya olubdur babam,
Kömək olsun Tanrım,cəddi.
Ocağıma köz atmağa.
Bucağıma göz atmağa.
Vüsalıma söz atmağa,
Həsrətinin ey, nə həddi.
Kayıt Tarihi : 9.11.2021 08:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!