Hicran Şiiri - Sevinc Arzulu

Hicran

Min hikmət var torpağında, daşında,
Bəyaz papaq qərar tutub başında.
Oturaraq uca dağın qaşında,
Dəli könül nə xəyalə dalmayıb.

Dostum, pisi baxışından sən tanı,
Görən andan donar insanın qanı.
Qarşılayaq söylə necə hicranı,
Sanki əvvəl yolun bizdən salmayıb.

Özü kimi yox avara, yox veyil,
Ayrlığa edir daha çox meyl.
Elə baxır, sanki günahkar deyil,
Fərəhimi əllərimdən almayıb?.

Sevinə də bilməyirik ürəkdən,
Dost-tanışlar ələnibdir ələkdən.
Bilirsənmi nə çəkmişik fələkdən,
Neçə-neçə əzizimi çalmayıb?!

Yüz həqarət duyular bax ünündə,
Nə günahlar yuva salıb dünündə.
Aman Allah bəzisinin könlündə,
Insanlıqdan heç əlamət qalmayıb.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 08:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu