Hicran ve hesret Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Hicran ve hesret

Bu gün mənə həsrətin
Qolları bərk sarıldı.
Görcək o zalım qızı
Hicran yaman darıldı.

Sandı ki əbədilik
Götürüb aparacam.
O hicranın başında
Min tufan qoparacam.

O zırrama, sən dəli,
Qəlbini aç, ay həsrət.
Bu sən, bu hicrin əli,
Qoşulub qaç, ay həsrət.

Ikiniz də birləşib
Ayrılığı yıxarsız.
Onun endiyi taxta,
Sürünərək çıxarsız.

Qara rəngə boyayıb,
Bəyaz rəngi silirsiz.
Yeriniz əbədilik,
Yer altıdır, bilirsiz.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.7.2021 19:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu