Elə bil xəzinə tapıb keçibdir,
Baharın əlindən qapıb keçibdir.
Payız da dördnala çapıb keçibdir,
Xəzəllə doludur köç qıraqları.
Həsrət nədən mindi qəzəb atına,
Baxmadı verdiyim qızıl altuna.
Saldı gümanımı ayaq altına,
Köksünə batırmı heç qırıqları?
Ayrılıq yolunu bəxtindən saldı,
Bu qəfil gəlişdən qismət də laldı.
Getdin, ürəyimdə əbədi qaldı
Ümidin amansız hıçqırıqları.
19.02.2018
Kayıt Tarihi : 5.5.2018 08:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!