Heyranam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Heyranam

Ürəyi daş, özü kömür dünyanı,
Çoxdandır ki sözüm hörmür dünyanı,
Nə yaxşı ki gözüm görmür dünyanı,
Zülmətinin qarasına heyranam.

Yorulmuşam, ağac bərələr kimi,
Əkələr, biçələr, sərələr kimi.
Qırışları dərin, dərələr kimi,
Iki qaşın arasına heyranam.

Ayrılığı addımından sezir bax,
Həqiqəti ilmə-ilmə çözür,bax.
Zaman-zaman qanayıb da dözür bax
Ürəyinin yarasına heyranam.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.10.2019 10:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu