Sən mənimçün pozulmuş
Əhdi-peyman kimisən.
Yuxun tərsə yozulmuş,
Yaman heyran kimisən.
Isti yayda bürkü sən,
Soyun qalın kürkü sən.
Biz azacıq tülküsən,
Bir az ceyran kimisən.
Sən haqqımı itirən,
Bağda qanqal bitirən.
Anında qəm gətirən,
Qara leysan kimisən.
Ömür verilməyir pay,
Hər gününü töhfə say.
Gah payızsan, gah da yay,
Aprel-nisan kimisən.
Acı sözün çox sənin,
Hər biri bir ox sənin,
Adamlığın yox sənin,
Namərd insan kimisən.
Kayıt Tarihi : 1.5.2022 15:18:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!