Bir göz qırpımında keçdi gəncliyim,
Heç olmadı rahatlığım,dincliyim.
Baha başa gəldi mənim kəcliyim,
Yolum düşməz bir də uca dağlara,
Heyf ötən günə,ötən çağlara.
Ərköyündüm,saymazdım heç bir kəsi,
Qəlbimdə sevilmək,sevmək həvəsi.
Duyulanda payızın ilk nəfəsi,
Qonaq gedərdim meyvəli bağlara,
Heyf ötən günə,ötən çağlara.
Nədən ömrü-günü puçdum,hədərdim,
Başdan ayağadək möhnət,kədərdim.
Gəncliyimdə olmaz idi bir dərdim,
Dəniz kimi həsrətindən çağlaram,
Heyf ötən günə,ötən çağlara.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:32:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!