Neçə xoş an vardı illər içində,
Bəmim seçilirdi zillər içində.
Zaman baxçasından güllər içindən
Özümə bir çələng hörmədim, heyf.
Sanırdım qarşımda uzun bir yoldu,
Bəs niyə vaxt-vədəm belə tez doldu.
Iki qız köçürtdüm, baba da oldum,
Cüt oğul toyunu görmədim, heyf.
Bu qədər zülm etdim ürəyə, niyə,
Ağu-zəhər qatdım çörəyə, niyə.
Üzbəüz gələndə fələyə, niyə
Sonuncu salamı vermədim, heyf.
02.10.2014
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/heyf-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!