Göz yaşı yağış tək damar üzümə,
Qapqara ləkələr yamar üzümə.
Sığallı dünyanın hamar üzünə,
Düşünüb-daşınıb şillə də vurdum.
Şeir yazmaq Tanrıdan ən gözəl payım,
Hər kəlmə ulduzum, hər misra ayım.
Göylərə ucalsın harayım,hayım
Onunçun sonuncu pillədə durdum.
Uzaqdan eşidib soraqlarını,
Yarıtmaz eylədim yaraqlarını.
Yığıb həyatımın varaqlarını,
Özümə ən hündür qüllə də qurdum.
Kayıt Tarihi : 23.6.2020 10:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!