Gəz çomərdin içində,
Igid, mərdin içində.
Bunca dərdin içində,
Axı necə boy atım.
Gəzə-gəzə geyirlər
Məzə-məzə deyirlər.
Təzə-təzə yeyirlər,
Sevməzlər ki boyatı.
Bahar gələr seliylə,
Araz axar liliylə.
Ayrılığın diliylə,
Çağrılıbdər bayatım.
Çiçək verəmmirəm ki,
Çələng hörəmmirəm ki.
Səni görəmmirəm ki,
Xəyalınla ha yatım.
Bağlanıbdır qapılar,
Ürək qəmdən çapılar.
Bəlkə səndə tapılar,
Itirilmiş həyatım.
27.06.2019
Kayıt Tarihi : 27.6.2019 16:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!