Heyatdın, ömrüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Heyatdın, ömrüm

Fələyin işini bura bilməzdin,
Başqa bir layihə qura bilməzdin.
Sən bizsiz dəqiqə dura bilməzdin,
Ayıl əbədilik.Ha yatdın ömrüm.

Daha yersiz olar giley-güzar da,
Səni həmdəm seçdi zalım azar da.
Indi sən yatırsan mərmər məzarda,
Bir zaman ən gözəl həyatdın, ömrüm.

Əl-ələ gəzərdik şehli çəməni,
Mənümçün dərərdin tər yasəməni.
Getdin.Gedişinlə sanki sən məni,
Qəflət yuxusundan oyatdın, ömrüm.

Sanırdım tay olmaz mənə dözümdə,
Eh.təkcə səndəndir söhbət-sözüm də.
Əhdinə sadiqdin.Mənim gözümdə,
Daha da böyüdün, boy atdın, ömrüm.

Yağardıq sevdanın yağışı kimi,
Bu fani dünyaya baxışı kimi.
Bəyaz geyinərdim qu quşu kimi,
Məni qaralara boyatdın, ömrüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2022 11:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu