Borana tuş gəldi vəslin zəmisi,
Deyəsən əğyardır qışın hamisi.
Qəlbə ruh verərdi rəngin mavisi,
Məni qaralara boyatdı həyat.
Gün batdı.al rəngi qaraca qaldı,
Gecənin soyuğu yamaca qaldı.
Vüsalın yenə də balaca qaldı
Ayrılıq anidən boy atdı, həyat.
Vüsalla məhəbbət ayrılmaz qumru,
Rənglərə rəng qatmaz həsrətin kömrü.
Kim deyir bitibdir sevginin ömrü,
Kim deyir məhəbbət boyatdı, həyat.
Yollar kəsişərdi kərvanə kimi,
Odlara yanardım pərvanə kimi.
Elə yatmış idim divanə kimi,
Məni daş yuxudan oyatdı həyat.
Saz-sözüm olmasa mən neynəyərdim,
Kədəri saqqız tək hey çeynəyərdim.
Səninlə necə də fəxr eyləyərdim,
Bir zaman ən gözəl həyatdın,həyat.
Kayıt Tarihi : 25.1.2021 07:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!