Heyat sehifeleri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Heyat sehifeleri

Xatırlayıb dünləri,
Səsli-səssiz ünləri.
Ömrümün son günləri
Yarpaq-yarpaq bükülür.

Yaş gəldi yaşımıza,
Qar yağdı qaşımıza.
Bu dünya başımıza
Torpaq-torpaq çökülür.

Vurulmaq səhv.Eləmi,
Həqiqət sərf eləmir.
Həyat səhifələri
Varaq-varaq sökülür.

Tufan oldu yellərim,
Yaman gəldi sellərim.
Ah, qızılı tellərim,
Daraq-daraq tökülür.

Eşq kitabı oxunmur,
Könlümüzə toxunmur.
Məhəbbətin toxumu,
Maraq-maraq əkilir.

Istərəm gözəl qadın,
Olmasın namərd yadın.
Qəlb verdiyinin adı,
Soraq-soraq çəkilir.

Sevinc Arzulu
Kayıt Tarihi : 24.2.2022 10:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Hâli Se
    Hâli Se

    çok güzel yazıyorsunuz.

    Cevap Yaz

TÜM YORUMLAR (1)

Sevinc Arzulu