Heyat oxusun Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Heyat oxusun

Mənə məktublarından,
Bircə dəstə bağladım.
Qəlbimin qübarından,
Həzin-həzin ağladım.

Oxuyummu başından,
Bu saralmış məktubu.
Sözləri göz yaşından
Qapqaralmış məktubu.

O dəli xatirəni,
Oyaddımmı yuxudan.
Unudamadım səni,
Budur məni qorxudan.

Üşüdüm bu ahəngdən,
Hər tərəf bəyaz qardır.
Üzərində al rəngdən,
Payız yarpağı vardır.

Məktubdan gələcəkdir,
Soyuq payız qoxusu.
Dərs ala biləcəkdir?
Verim, Həyat oxusun...

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 10:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu