Heyat, ne qeribesen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Heyat, ne qeribesen

Mən ki sənin dərd daşınam,
Qıymırsan qəmdən daşınam,
Unudulmaz yaddaşınam,
Rəhm etmirsən qəribə sən,
Həyat, sən nə qəribəsən.

Tuşlasam da göz səmtimi,
Unutnaram söz səmtimi.
Itirmişəm öz səmtimi,
Eh, bu mənəm-qərib əsən,
Həyat, sən nə qəribəsən.

Yüz il davam etməyirsən,
Muradına yetməyirsən.
Üç qərinə getməyirsən,
Bir ya iki qərinəsən.
Həyat, sən nə qəribəsən.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu