Qocalırıq qəm-kərəddə,möhnətdə,
Niyə cavan ömrüm keçsin həsrətdə.
Bəlkə əbədilik qaldın qürbətdə,
Darıxarsan,bir doyunca süz məni.
Ya həlim ol.ya müğənni,ya aşıq,
Səsin ilə ürəyimi yar aşıq.
Bilirsənmi necə verrəm yaraşıq.
Inci tək boyunbağıma düz məni.
Yer üzündə təkcə səni aradım,
Ürəyində heykəlini yaradım.
Ay əzizim,budur arzu,muradım
Mən gül olum,budağımdan üz məni.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:00:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/hey-meni.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!