Silinməyir aynası,
Günəş nuru oynasın.
Həsrətinin laylası
Yatızdırar oyağı.
Bilmirəm necə edər,
Gəlməz ki vecə, edər.
Günümü gecə edər,
Hicrin qara boyağı.
Qəlb xəyala dalammır,
Həyatdan zövq alammır.
Vüsal mənzil salammır,
Yoxmudur heç dayağı.
Gül dərmişəm narıncı,
Bir tərəfi turuncu.
Həqiqətin qılıncı,
Çaxar şimşək sayağı.
Doğrunu yatızdırar,
Yalanı otuzdurar.
Rəqslə tutuzdurar,
Səsi-sözü bayağı.
Söz könüldə isinsin,
Qəm görcək dərdə sinsin.
Qapımızdan kəsilsin
Ayrılığın ayağı.
Kayıt Tarihi : 11.7.2020 15:16:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!