Yenə mənə qəmli baxsa,eybi yox,
Bulaq kimi qəlbə axsa,eybi yox.
Yandırıban məni yaxsa,eybi yox,
Gözlərinin həsrətini çəkirəm.
Bu sevdanın yolunda neynəmədi,
Təkcə qara nuru gün eyləmədi.
Ürəyində qaldı,heç söyləmədi,
Sözlərinin həsrətini çəkirəm.
Sevən aşiq təkcə dərdi dost seçməz,
Qəm-bulaq suyundan doyunca içməz.
Bir də bizim qapımızdan yar keçməz,
Izlərinin həsrətini çəkirəm.
Kayıt Tarihi : 13.6.2018 10:34:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!