Solub yaşıl baxça-bağım,
Yoluna gül düzəmmirəm.
Bürünübdür çənə dağım,
Zirvəsində süzəmmirəm.
Açılmayır bağlı qapım,
Açarını hardan tapım.
Düyün düşüb tale sapım,
Açammıram.çözəmmirəm.
Sehrliymiş eşq dünyası,
Kimlər anlayıb duyası.
Eşq dünyası-qəm dəryası,
Əl-qol atıb üzəmmirəm.
Gənclik həyatın yazıdır,
Ədası,işvə-nazıdır.
El ağzı-çuval ağzıdır,
Qaytanını büzəmmirəm.
Sevinc,dosta ərk edəcəm,
Həqiqəti dərk edəcəm.
Bu dünyanı tərk edəcəm,
Həsrətinə dözəmmirəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!