Hesretin ulayır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Hesretin ulayır


Həsrətin ulayir sanki yalquzaq,
Yenə dişlərini yaman qıcıyıb.
Nə mənzil yaxındır nə də yol uzaq,
Ayrılıq xəmiri çoxdan acıyıb.

Əlinə götürər qara bayrağı,
Sanar ki böyük bir inqilab eylər.
Hicranın köç etsə vüsala yaxın,
Ürək bunca dərdə necə tab eylər.

Vüsalın sevincdən uzaq qaçmağı,
Məhəbbət üçün lap sıxıntı olar.
Sevdanın küsüb də uzaqlaşmağı,
Vəfasız zalımçun çıxıntı olar.
29.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 08:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu