Hesretin sesi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Hesretin sesi

Gözlərim yol çəkir səhərə qədər,
Bu yolun yolçusu sən olmalıydın.
Kövrəlib durmuşam qəhərə qədər,
Bu bayram günündə şən olmalıydım.

Niyə xatirələr dəymədüşərdir,
Hərə bir tərəfə üz tutub gedib.
Həsrətin hər işi böhtandır, şərdir
Yaxşını tezcənə unudub gedib.

Könlümün evində qar-boran olar,
Elə səhərədək üşüdərəm mən.
Həyat səmasında lal toran olar,
Həsrətin səsini eşidərəm mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 08:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu