Hesretin güllesi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Hesretin güllesi

Bu oba, bu diyar, ölkə də sənin,
Zülmətdən gizlənən kölgə də sənin.
Günahın çox imiş bəlkə də sənin,
Taleyin amansız şilləsi nəydi.

Dostlar yığışardı,məclis qurardı,
Eyni bir sağlığa badə vuradı.
Qayadan tikmişdim.Yüz il durardı,
Evimi ayrılıq qülləsi əydi.

Çay gələr dağlardan bax, daşa-daşa,
Könül şeir yazar hey coşa-coşa,
Eh, çıxa bilmərəm mən qoşa-qoşa,
Gözümə illərin pilləsi dəydi.
Qəlbimə həsrətin gülləsi dəydi.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 08:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu